Koreya Xalq Demokrat Respublikasının Ukraynadakı münaqişədə iştirakı hərbi əməliyyatların uzanması ilə nəticələnəcək.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bunu Cənubi Koreyanın “Yonhap” agentliyinə Şimali Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsində iştirakını şərh edərkən bəyan edib.
ABŞ Dövlət Departamentinin fikrincə, Pxenyan qoşun yerləşdirməyi, Rusiya isə ona dəstəyi dayandırmalıdır.
“Biz KXDR-in birbaşa müdaxiləsindən narahatıq. Üçüncü ölkələr buna görə məsuliyyət daşıyır. ”, - deyə departamentin bəyanatında deyilir.