AZ

Osimhen üçün təklif

“Mançester Yunayted” müqavilə ilə “Napoli”yə məxsus olan, icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimheni transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, İngiltərə klubu oyunçuya illik 15 milyon avro maaş təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar” “Napoli”yə Osimhen üçün 75 milyon avro ödəməyə hazırdır.

Osimhen bu mövsüm Super Liqada 26 oyunda 22 qol vurub.

Seçilən
8
futbolpress.az

1Mənbələr