Bakı. Trend:
Çin-Azərbaycan münasibətləri yeni inkişaf dövrünə qədəmqoyur.
Trend-in məlumatına görə, bunu bu gün Çin XalqRespublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıdakeçirdiyi brifinqdə deyib.
O, çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham ƏliyevinÇinə səfəri zamanı iqtisadiyyat, nəqliyyat, mədəniyyət, elm vəədliyyə sahələrində 20 sənəd imzalanıb.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar müxtəlifsahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yeniimkanlar açır.
"Bir sıra konkret sazişlərin imzalanması ölkələrimiz arasındahərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha genişperspektivlər açıb", - Lu Mey vurğulayıb.
O, həmçinin turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavəşərait yaradacaq qarşılıqlı vizanın ləğvi haqqında sazişinimzalanmasının vacibliyini xüsusi qeyd edib.