AZ

KOBİA ilə Səudiyyə Ərəbistanının baş idarəsi arasında əməkdaşlıq rəsmiləşdirilib

BAKI, 28 aprel. TELEQRAF

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Kiçik və Orta Müəssisələr Baş İdarəsi arasında əməkdaşlıq rəsmiləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

"Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Komissiyasının 8-ci iclası çərçivəsində Kiçik və Orta Müəssisələr üzrə Baş İdarə ilə əməkdaşlığımızı rəsmiləşdirməkdən məmnunluq duyuram. Ölkələrimiz arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsini səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.

Seçilən
2
teleqraf.com

1Mənbələr