Bakı. Trend:
Məhz dövlət başçılarının strateji rəhbərliyi sayəsindəÇin-Azərbaycan münasibətləri ardıcıl olaraq yeni səviyyəyəyüksələrək tarixin ən yüksək mərhələsinə çatıb, böyük və kiçikdövlətlər arasında bərabərhüquqlu rəftar və dostluq əməkdaşlığınümunəsinə çevrilib.
Trend-inməlumatına görə, bunu bu gün Çin Xalq Respublikasının Azərbaycanayeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirdiyi brifinqdədeyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq RespublikasınınSədri Si Cinpinin dəvəti ilə aprelin 22-24-də Çinə səfəriikitərəfli münasibətlərdə yeni səhifə açan mühüm tarixi hadisəidi", - o bildirib.
Lu Mey vurğulayıb ki, dövlət başçılarının diplomatiyasıÇin-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün "kompas vəbələdçi ulduz" rolunu oynayır. Səfir həmçinin qeyd edib ki, ikilider arasında möhkəm işgüzar münasibətlər və şəxsi dostluqmünasibətləri yaranıb və bu, iki ölkə arasında stratejitərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
O, belə əlamətdar məqamda Azərbaycanda diplomatik fəaliyyətəbaşlamasından qürur duyduğunu, Çin ilə Azərbaycan arasındaəlaqələrin qarşılıqlı hörmət və dəstək əsasında bundan sonra dauğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.