Son illərdə qlobal və regional geosiyasi dəyişikliklər fonunda Azərbaycan və İran arasında münasibətlər müxtəlif dövrlərdə dəyişkən dinamika nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, Zəngəzur dəhlizi layihəsi və regional inteqrasiya təşəbbüsləri bu münasibətlərin məzmununa ciddi təsir göstərmişdir.
Belə bir məqamda İran İslam Respublikasının yeni Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfər etməsi, tərəflər arasında yeni dialoq mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Səfərin məqsədləri və gündəliyi, iki ölkə arasında qarşılıqlı inamın bərpası və əməkdaşlığın yeni istiqamətlərdə inkişaf etdirilməsi üçün atılan addımları əks etdirir.
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi olaraq, biz bu səfərin iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına inanırıq. Azərbaycan və İran xalqları arasında mövcud olan tarixi və mədəni bağlar, bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm bir əsasdır.
Sonda, biz Prezident Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan səfərinin uğurlu keçəcəyinə və iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid edirik.
Mobil Məmmədov
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri