“Qızıl buts” uğrunda mübarizədə reytinq sıralaması yenilənib.
Msport.az xəbər verir ki, Avropanın milli çempionatlarında ən məhsuldar futbolçuların siyahısında lider dəyişib.
“Sportinq”in forvardı Viktor Qyokereş zirvəyə yüksəlib. 26 yaşlı isveçli Portuqaliya çempionatında “Boavişta” ilə görüşdə (5:0) poker etməklə buna nail olub. Çempionatda qol sayını 38-ə çatdıran Qyokereşin aktivindəki xallar 57-yə yüksəlib.
O, “Liverpul”un heyətində İngiltərə Premyer Liqasında 28 qolla yadda qalan Məhəmməd Salahı geridə qoyub. Misirli qolçu 56 xala malikdir. Hesabında 25 qol olan “Barselona”nın hücumçusu Robert Levandovski 50 xalla üçüncüdür.