Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turu davam edir.
24 aprel 2025-ci il tarixdə Uşaq İncəsənət Festivalı çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.
Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1500-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.
Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında həyata keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.

*****
23 aprel 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının 1-ci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.
*****
25 aprel 2025-ci il tarixdə Uşaq İncəsənət Festivalı çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.
Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1500-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.
Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Tovuz rayon Abulbəyli kənd folklor evinin qarşısında həyata keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib. Sonda seçim turuna baxış keçirilib.
Tədbirdən sonra Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə iclas keçirilib.
