AZ

Xorvatiyalı nümayəndə dayanıqlı inkişaf yolunda bütün ölkələrin səfərbər olmasına çağırış edib

İnkişaf prosesində gələcək nəsillərin hüququnu da nəzərə almaq lazımdır.

"Report" xəbər verir ki, bunu İnkişaf və beynəlxalq münasibətlər institutunun xorvatiyalı nümayəndəsi Antun Dujmoviç Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.

Xorvatiyalı nümayəndə dayanıqlı inkişaf yolunda bütün ölkələrin səfərbər olmasına çağırış edərək vurğulayıb ki, dayanıqlı inkişaf nə qədər önəmlidirsə, inkişaf yolundan keçərkən verilən qərarlarla gələcək nəsillərin hüququnu da qorumaq o qədər önəmlidir.

"Qlobal Cənubun rəsmi üzvü olmasaq da, Xorvatiyanın bu platformaya dəvət edilməsi bizim üçün böyük şərəfdir. Azərbaycanın daim mübariz olması və başqalarını da mübarizəyə səsləməsi təqdirəlayiqdir. Azərbaycanın torpaqlarını azad etdikdən sonra qüdrətinin artması diqqətdən yayınmayıb. Oxşar tarixi hadisəni Xorvatiya da yaşayıb. Ona görə biz bu prosesi çox yaxşı bilirik", - deyə A.Dujmoviç qeyd edib.

Seçilən
0
report.az

1Mənbələr