AZ

Avropa çempionatında 9-cu yer - FOTO

Estoniyanın paytaxtı Tallində 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, Maqsud Hüseynli, Murad Əkbərov, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət qılıncoynatmanın salbya növü üzrə kişilərdən ibarət millimiz komanda yarışında 9-cu olub.

Ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukrayna yığmasına 42:45 hesabı ilə uduzan komandamız 9-16-cı yerlər uğrunda görüşlərdə Rumıniya (45:42) və Almaniya (45:41) millilərinə qalib gəlib.

Kişi sablyaçıların şəxsi yarışında Saleh Məmmədov ən güclü "16-lıq"da yer alıb. Maqsud Hüseynli, Murad Əkbərov və Ayxan Xasiyev qrup mərhələsini adlayıblar, lakin pley-offda mübarizəni dayandırıblar.

Kişi şpaqaçıların şəxsi yarışında təmsilçimiz Vahab Fətullayev qrup mərhələsini 3 qələbə ilə başa vuraraq pley-offa yüksəlsə də, növbəti mərhlədə məğlub olublar.

Qeyd edək ki, Cavanşir Ağakişiyev çempionatın sablya yarışlarında hakimlik edib.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr