AZ

“Qazaxdakı son olay mina terrorunun bütün şiddəti ilə davam etdiyini göstərir”

“Qazaxda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması Ermənistanın mina terrorunun bütün şiddəti ilə davam etdiyini göstərir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna qarşı mübarizədə Azərbaycanın səylərini dəstəkləməli, bu məsələdə İrəvana ciddi təzyiq göstərməlidir:

“Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçsə də, Ermənistanın mina terroru bitmək bilmir. Bir neçə ildir ki, davam edən bu terror nəticəsində yüzlərlə vətəndaşımız xəsarət alıb, bir çox vətəndaşımız isə həlak olub. Lakin təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, nə beynəlxalq təşkilatlar, nə də dünya dövlətləri, xüsusilə də Qərb ölkələri Ermənistanın mina terrorunun qarşısını almaq, bu terroru dayandırmaq üçün heç bir əməli addım atmır. Əksinə, Fransanın timsalında bəzi dövlətlərin Ermənistana himayədarlıq etdiyini, bu ölkədə revanşist qüvvələri qızışdırdığını görürük. Məhz buna görə də Ermənistan mina terrorunu dayandırmaq haqqında düşünmür.

Lakin Ermənistan bilməlidir ki, etdiyi heç bir cinayət cəzasız qalmayacaq və o, bütün digər cinayətləri kimi, bu əməlinə görə də cavab verməli olacaq”.

Seymur ƏLİYEV

Seçilən
6
moderator.az

1Mənbələr