AZ

Qazaxıstan QHT-ləri Dayanıqlı İnkişaf Məqsədlərinə əhəmiyyətli töhfələr verir

Bakı.Trend:

Qazaxıstan QHT-ləri ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nailolmasına əhəmiyyətli töhfələr verir.

Trend xəbər verirki, bunu Qazaxıstanın Mədəniyyət Nazirliyi yanında VətəndaşCəmiyyəti İşləri Üzrə Komitənin sədri Gülbara Sultanova AndreyevaQlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdəhəmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-ləriningücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanıbildirib.

“Qazaxıstanda vətəndaş cəmiyyəti “2021-2030-cu illər üzrəVətəndaş cəmiyyətinin İnkişafı Konsepsiyası” sayəsində sürətləinkişaf edir. Bu gün bizim ölkədə 20 mindən çox QHT var,vətəndaşların təxminən 40 faizi mülki fəaliyyətində iştirak edir.Qazaxıstan QHT-ləri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasınaəhəmiyyətli töhfələr veriblər. Onlar müşavirələrdə və işçiqruplarda iştirak edirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, hakimiyyət dialoq üçün əla şərait yaradıbvə buna misal kimi Əlaqələndirmə şurası, ictimai şuaralar vəvətəndaş forumlarını göstərib.

“Hər il QHT-lər Dayanıqlı İnkişaf Məqsədləri, təhsilintəkmilləşdirilməsi, gender bərabərliyi, təbiətin mühafizəsi, insanhaqqları və digər istiqamətlər üzrə 2000-dən çox sosial layihəhəyata keçirirlər”, -deyə Sultanova vurğulayıb.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr