AZ

TIR-ın arxa buferinə ilişib uzun müddət yol getməli oldu – QEYRİ-ADİ QƏZA - VİDEO

Şamaxı-Cabanı avtomobil yolunun 11-ci kilometrliyində baş verən təhlükəli sürüşmə ərazisində bərpa işlərinə başlanılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli faktı təsdiqləyib.

O qeyd edib ki, intensiv yağışlardan sonra Şamaxı-Cabanı yolunda baş verən sürüşmədən sonra bərpa işlərinin aparılması üçün əraziyə xüsusi texnikalar cəlb olunub.

"Hal-hazırda yolda intensiv bərpa işləri aparılır. Ərazidə zədələnmiş yol yatağı tamamilə qazılıb çıxarılır, xüsusi keyfiyyətli qruntla yeni, daha dayanıqlı yol yatağı inşa olunur. Növbəti mərhələdə isə əraziyə asfalt-beton örtüyü döşənəcək. Bütün bərpa işlərinin yaxın bir neçə gün ərzində tam yekunlaşdırılması nəzərdə tutulub", - deyə A.Nəcəfli bildirib.

Xatırladaq ki, Şamaxı-Cabanı avtomobil yolunda sürüşmə hadisəsi aprel ayının 23-də baş vermiş və yol tamamilə yararsız hala düşmüşdü.

Seçilən
4
avtosfer.az

1Mənbələr