AZ

Ançelotti qəti qərarını verdi: Qalır, yoxsa gedir?

Karlo Ançelotti "Real"n baş məşqçi postunu tərk edərək Braziliya millisini çalışdıracaq.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

65 yaşlı mütəxəssisin müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Lakin o, klubu tərk etmək niyyəti barədə məlumat verib. İtaliyalı məşqçinin iyunda, Klublararası Dünya Çempionatı (CWC) başlamazdan əvvəl iş yerini dəyişəcəyi gözlənilir.

Əməkdaşlığa xitam verilməsinin təfərrüatlarının razılaşdırılması üçün yaxın saatlarda və günlərdə tərəflər arasında danışıqlar aparılacaq.

Madrid klubunun rəhbərliyi dünya çempionatında komandaya kimin rəhbərlik edəcəyi ilə bağlı seçim etməli olacaq. Ya müvəqqəti məşqçi seçiləcək və ya kiminləsə indidən müqavilə imzalanacaq. Favoritlər müvafiq olaraq Santyaqo Solari və Xabi Alonsodur. Alonso hazırda "Bayer"i çalışdırır.

Seçilən
3
publika.az

1Mənbələr