Rusiya lazım gələrsə, strateji tərəfdaşlıq sazişi çərçivəsində Şimali Koreyaya hərbi yardım da edə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, bizim qüvvədə olan müqaviləmiz var və bu müqaviləyə əsasən, tərəflər lazım gələrsə, yardım göstərməyə borcludurlar”, - Peskov jurnalistlərin məsələ ilə bağlı sualına belə cavab verib.
Xatırladaq ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə məruzəsində Ukrayna qüvvələrinin Kursk vilayətində məğlub edilməsində KXDR-in rolunu xüsusi vurğulayıb.