AZ

Bəhlul Mustafazadə: Kubokun finalına hər iki komanda daha ciddi yanaşacaq

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Kubokunun final matçının daha fərqli keçəcəyini düşünür.

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 32-ci turunda "Sabah"la keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, O, qarşılaşmanın kifayət qədər maraqlı keçdiyini bildirib.

"Ümumiyyətlə, 'Sabah'la oyunlar həmişə gərgin keçir. Düşünürəm ki, maraqlı oyun oldu. Hər iki komandanın şansları var idi. Azarkeşlər üçün də maraqlı qarşılaşma alındı".

Təcrübəli futbolçu matçdan əvvəl komandalarının bir xal qazanmasının çempionluq üçün kifayət etdiyini bildiklərini deyib:

"Əvvəlcədən də bilirdik ki, bir xal bizə kifayət edir. Bəlkə də bu rahatlıq var idi. Ona görə də çempionluğu sakit tərzdə qeyd etdik."

Mustafazadə qarşıda keçiriləcək Azərbaycan Kubokunun final mərhələsində daha fərqli bir oyun gözlədiyini də vurğulayıb:

"Kubok oyununda tamam fərqli bir oyunun şahidi olacağımızı düşünürəm. Hər iki komanda bu oyuna daha aqressiv və daha ciddi yanaşacaq".

Seçilən
5
operativmedia.az

1Mənbələr