AZ

SOCAR Green və Universal Energy Co arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Bakı. Trend:

SOCAR Green MMC və Universal Energy Co., Ltd. arasındaAzərbaycanda bərpa olunan enerji layihələrinin birgə həyatakeçirilməsi imkanlarının araşdırılması məqsədilə AnlaşmaMemorandumu imzalanıb.

Trend bu barədəSOCAR Green-ə istinadən xəbər verir.

Məlumata əsasən, sənəd ölkənin bərpa olunan enerjiinfrastrukturunun möhkəmləndirilməsi məqsədi ilə günəş və küləkenerjisi layihələrində (quruda və dənizdə), o cümlədən enerjisaxlama sistemlərində əməkdaşlığın əsasını qoyur.

"Memorandum layihələrin inkişafı, EPC (mühəndislik, satınalma vətikinti) və O&M (əməliyyat və texniki xidmət) sahələrində birgəsəyləri nəzərdə tutur. Bu strateji tərəfdaşlıq regionda davamlıenerji həllərinin təşviqi istiqamətində mühüm addımdır", - "SOCARGreen"dən bildirib.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr