Bakı.Trend:
Qlobal Cənub davamlı və inklüziv inkişaf üçün böyük potensialamalikdir.
Trend xəbər verirki, bunu İqlim dəyişikliyi sahəsində ədalət uğrunda Panafrikaalyansının nümayəndəsi Çarlz Piter Mvanqi Nyambura Qlobal Cənub QHTplatformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni vəədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi"mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
“Bildiyimiz kimi, Qlobal Cənub uzun müddət iqtisadi istismar,siyasi müdaxilə, ticarət, maliyyə və inkişafda bərabərsizliklər vətəbii ki, yerli icmalar üçün iqlim dəyişikliyi təhlükəsi də daxilolmaqla bir sıra sahələrdə sistemli və struktur ədalətsizliklərləüzləşib.
Belə bir ədalətsizlik çox vaxt resursların ədalətli şəkildəkompensasiya olunmadan hasil edildiyi tarixin nəticəsi olur.Ələlxüsus da Afrika regionu son dərəcə zəruri olan minerallarınqeyri-səmərəli şəkildə istismarı ilə bağlı ciddi problemlərləqarşı-qarşıyadır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub dayanıqlı və inklüziv inkişafüçün nəhəng potensiala malikdir, lakin bu potensial qlobal maliyyəvə iqtisadi sistemlərdəki struktur bərabərsizlikləri səbəbindən çoxvaxt istifadə olunmamış qalır.
“Beləliklə, ədalətli dünya yaratmaq üçün biz Qlobal Cənubdakıbir çox ölkələrin üzləşdiyi bu tarixi reallıqları qəbul etməliyik”,- deyə o bildirib.