AZ

ABŞ-da iqtisadi böhran və Trampın siyasətinə qarşı narazılıqlar artmaqdadır

ABŞ-da

ABŞ Prezidenti Donald Tramp, mandatının ilk 100 günü nəticəsində son 80 ildə ən aşağı təsdiq reytinqini alıb. Bu, ABC telekanalı, The Washington Post qəzeti və Ipsos sosial xidmətinin birgə apardığı sorğunun nəticələrinə əsaslanır. Əvvəlki minimum da 2017-ci ildə Trampa məxsus olub.Sorğuya görə, amerikalıların yalnız 39%-i Trampın ikinci prezidentlik dövrünün ilk 100 günü ərzindəki fəaliyyətini dəstəkləyir — bu, son 80 ildə ən pis göstəricidir. Eyni zamanda, amerikalıların 55%-i Trampın fəaliyyətini bəyənmir.Sorğu həmçinin göstərir ki, vətəndaşların 72%-i yaxın zamanda iqtisadi durğunluq gözləyir və bunu Trampın iqtisadi siyasəti ilə əlaqələndirirlər. Digər 73%-i isə mövcud iqtisadi vəziyyəti böhran kimi qiymətləndirir. Bundan əlavə, amerikalıların 53%-i yanvar 2025-ci ildən etibarən vəziyyətin pisləşdiyini qeyd edir və 71%-i prezidentin gömrük rüsumları ilə inflyasiyanın artması arasında birbaşa əlaqə görür.Bununla yanaşı, 67%-i doğumla vətəndaşlıq hüququnun ləğv edilməsinə qarşıdır, 58%-i dövlət aparatının (DOGE) kiçildilməsindən narahatdır, 56%-ı prezidentin səlahiyyət hədlərini aşdığını düşünür, 46%-i isə onun Rusiya ilə bağlı siyasətini "çox yumşaq" hesab edir. Ancaq bütün tənqidlərə baxmayaraq, amerikalılar Trampa, demokratlardan daha çox, əsas problemlərin həllində etibar edirlər.22 aprel tarixində məlum oldu ki, ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin təsdiq reytinqi, onun Ağ Evə qayıdışından bəri ən aşağı səviyyəyə enib. Ipsos-un Reuters üçün apardığı bir sıra sorğulara görə, yalnız 42% amerikalılar hazırkı respublikaçının siyasətini dəstəkləyir, 53%-i isə onun fəaliyyətindən narazıdır.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Külək Böyük Şor bulvarında attraksionu aşırıb

Seçilən
5
ulusum.az

1Mənbələr