Bakı. Trend:
Milli Aviasiya Akademiyasında (MAA) dünya şöhrətli astronavtAlper Gezeravcı ilə görüş təşkil edilib.
Trend xəbərverir ki, Türkiyə Cümhuriyyəti tarixində insanın iştirakı ilə ilkkosmik missiyanı yerinə yetirən məşhur astronavt Alper GezeravcıMilli Aviasiya Akademiyasında ustad dərsləri keçib.
“Azərkosmos"un Kosmik Akademiyası ilə birgə əməkdaşlıqçərçivəsində keçirilən tədbirdə MAA-nın professor-müəllim heyəti vətələbələri iştirak edib və böyük maraqla qarşılanıb. AlperGezeravcı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyatakeçirilmiş "İnsanlı ilk kosmik missiya" haqqında təqdimatla çıxışedib. Ustad iştirakçılarla interaktiv fikir mübadiləsi aparıb,kosmik tədqiqatların gedişatı, təlim prosesi və gələcəkperspektivlər barədə məlumat təqdim edib. Tədbirin məqsədiAzərbaycan gənclərinə kosmosa elmi marağın aşılanması, beynəlxalqelmi əməkdaşlığın genişləndirilməsi və aerokosmik sahədə insankapitalının inkişafı olub.