AZ

Təsdiqləndi: Netanyahu bu tarixdə Azərbaycana gələcək

İsrailin baş naziri Benyamin Netanyahu mayın 8-dən 11-dək Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan-İsrail alyansı “AIAgloba” məlumat yayıb.

Səfərin məqsədi Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək, 1990-cı illərdə Ermənistanla münaqişədə döyüşmüş yəhudi əsilli əsgərin məzarı önünə gül dəstələri qoymaqdır.

Bundan əlavə, Netanyahu Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Onun dörd günlük səfərinin başqa təfərrüatları açıqlanmayıb.

Seçilən
6
publika.az

1Mənbələr