AZ

Hafiz Əsədin nəşi gizlincə aparıldı - VİDEO

Hurriyyet.az xəbər verir ki, Suriyada eks-prezident Bəşər Əsədin atası və özü də Prezident olmuş Hafiz Əsədin nəşi  aparılıb.

Aprelin 28-də səhər saatlarında sosial şəbəkələrdə naməlum şəxslərin Hafiz Əsədin mavzoleyinə daxil olması kadrları yayılıb. Məzar Suriyanın Kardaxa şəhərində, Lazkiyadan cənub-şərqində yerləşir.

Kadrlarda məzarın açıq qaldığı görünür.

Hafiz Əsəd 2000-ci ildə vəfat edib.

Qeyri-rəsmi məlumata görə, naməlum şəxslər Hafiz Əsədin qalıqlarını naməlum istiqamətə aparıblar. 

Xatırladaq ki, 2024-cü ilin dekabrında bir qrup qiyamçı Hafiz Əsədin qəbrini yandırmışdı.

Hürr Tərcüman

Сожженная

 

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr