AZ

Almaniyanın yeni hökumətinin tərkibi açıqlandı

BAKI, 28 aprel. TELEQRAF

Almaniyanın yeni kansleri, Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merts nazirliklərin rəhbərləri vəzifələrinə namizədləri barədə qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Merts dövlət enerji şirkətinin keçmiş rəhbəri Katerina Reyçenin iqtisadiyyat və energetika naziri vəzifəsinə, yeni yaradılan Rəqəmsallaşma Nazirliyinin rəhbəri vəzifəsinə isə “MediaMarkt” konserninin rəhbəri Karsten Uildberqerin namizədliyini irəli sürüb.

Xarici işlər naziri İohann Vadeful olacaq. 62 yaşlı Vadeful keçmiş zabitdir.

Torsten Fray xüsusi işlər üzrə nazir, Patrik Şnayder isə nəqliyyat naziri olacaq. Karin Prin Təhsil Nazirliyinə, Nina Uorken isə Səhiyyə Nazirliyinə rəhbərlik edəcək.

Mədəniyyət və media işlərinə tanınmış jurnalist və naşir Volfram Veymer baxacaq, Bundestaq üzvü Kristian Şenderleyn isə idman naziri olacaq.

CDU-nun bu gün Sosial Demokrat İttifaqı ilə koalisiya sazişini imzalayacağı gözlənilir. Hökumətin formalaşdırılmasında son addım kimi mayın 6-da Merts parlamentin aşağı palatasında qanunvericilərdən alacağı dəstək alacaq və bundan sonra o, komandası ilə birlikdə and içəcək və rəsmən vəzifəsinin icrasına başlayacaq. Merts bu vəzifədə hazırkı Kansler Olaf Şoltsu əvəzləyəcək.

Seçilən
6
teleqraf.com

1Mənbələr