Dayanıqlı inkişaf və sosial rifah naminə ardıcıl təşəbbüslərlə çıxış edən “Expressbank” növbəti kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Aksiya Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycanın Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında martın 13-ü 2023-cü ildə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub və onlarla maliyyə institutunun əməkdaşlarını ortaq hədəf üçün bir araya toplayıb.
Aksiyada Expressbank əməkdaşlarının iştirakı ilə 625 ədəd ağac Eldar şamı və zeytun ağaclarının əkilməsinə dəstək göstərilib.
Qeyd edək ki, “Expressbank” mütəmadi olaraq Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi ağacəkmə aksiyalarında iştirak etməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində, fərdi şəkildə, əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyaları həyata keçirir. 2024-cü ilin payız ağacəkmə mövsümündə bank əməkdaşları tərəfindən “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu ərazisində 300 ədəd Eldar şamı ağacı əkilib.
Ekoloji balansın qorunmasına və dayanıqlı bankçılığa töhfə vermək “Expressbank”ın strateji hədəflərindən biridir.