AZ

Putin: Şimali Koreya əsgərləri Kurskda Ukrayna hücumunun qarşısını almaqda Rusiyaya kömək etdi

BAKI, 28 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində Ukrayna ordusunun hücumunu dəf etməkdə iştirak edən Şimali Koreya əsgərlərinə təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin yaydığı rəsmi açıqlamada deyilir.

V. Putin bildirib ki, Koreya ordusunun əsgərləri Ukrayna silahlı qüvvələrinin Rusiyaya hücumunun qarşısını almaqda ölkəyə kömək ediblər. O, koreyalı əsgərlərin yüksək döyüş hazırlığı və qəhrəmanlığını xüsusi qeyd edib.

“Rusiya xalqı Koreya xüsusi təyinatlılarının göstərdiyi şücaəti heç vaxt unutmayacaq. Öz canını Rusiya üçün qurban verən koreyalı qəhrəmanların xatirəsi daim yaşayacaq”, – o qeyd edib.

Seçilən
8
20
teleqraf.com

10Mənbələr