AZ

ABŞ-nin iştirakı ilə reaktorun tikilməsi təklifi İranın ehtiyaclarının bəyanı istiqamətindədir – Bəqai

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçi tərəfindən ABŞ-niniştirakı ilə reaktorun tikilməsi haqda təklifi İranınehtiyaclarının bəyan olunması istiqamətindədir.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, ötən onilliklər ərzində İranın dincməqsədli nüvə proqramı barəsində bir sıra bəhanələr irəli sürülüb.Hansı ki, İranın zəngin neft və qaz ehtiyatlarına sahib olduğu üçünnüvə enerjisinə ehtiyacı yoxdur. Halbuki bu bəhanə tamamiləəsassızdır.

Bəqai bildirib ki, qarşıdakı illərdə İranın öz enerjisini təminetmək üçün neft və qazdan başqa alternativ ehtiyatlara ehtiyacıvar.

“İranın xarici işlər nazirinin bəyan etdiyi kimi İranın enerjisahəsində çoxlu potensiallar vardır. İran müxtəlif ölkələrin busahədə köməkliyini heç vaxt qadağan etməyib”, - deyə o qeydedib.

Qeyd edək ki, İran xarici işlər naziri Seyid Abbas AraqçininKarnegi İnstitutunda çıxışı üçün hazırlanan materialda iranlı nazirbildirib ki, İranda uzunmüddətli proqram çərçivəsində 19 yeni nüvəreaktorunun tikilməsi diqqət mərkəzində saxlanılır. Amerikaşirkətləri də bu layihələrdə iştirak edə bilərlər.

Seçilən
0
az.trend.az

1Mənbələr