AZ

BƏƏ nümayəndəsi: Yeni platforma müasir çağırışların həllində Qlobal Cənub ölkələrinin rolunu gücləndirəcək

Azərbaycanda təsis edilmiş Qlobal Cənub ölkələrinin QHT-lərinin yeni platforması müasir çağırışların həllində bu ölkələrin rolunu gücləndirməyə kömək edəcək.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “UAE WiRE” (“Women in Renewable Energy”) təşkilatının rəhbəri Ayac Rahaf bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu platforma regionda əməkdaşlığın gücləndirilməsinə və razılaşdırılmış mövqenin formalaşdırılmasına töhfə verəcək.

"Platforma QHT-lərin səmərəli qarşılıqlı fəaliyyətinə şərait yaradacaq, təcrübə mübadiləsinə kömək edəcək və qlobal çağırışların həllində Qlobal Cənub ölkələrinin aparıcı rol oynamasını təmin edəcək", - təşkilatın rəhbəri qeyd edib.

Seçilən
2
report.az

1Mənbələr