"Zirə" klubu braziliyalı müdafiəçisi Ruan Renato ilə müqavilə uzadıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu 2027-ci ilin yayına qədər "qartallar"da çıxış etməyə davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
R. Renato 2023-cü ildə "Zirə"yə transfer olunub. O, Azərbaycanda daha öncə "Qəbələ"nin də formasını geyinib.