Bu forum 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29-un məntiqi davamıdır.
APA xəbər verir ki, bunu Anqolanın "Qadın hərəkatı" QHT-nin nümayəndəsi Veronica Sapalo APA-ya açıqlamasında deyib.
"Biz hazırda həm də COP29-un nəticələrini müzakirə edirik. Azərbaycan hakimiyyəti burada fəaliyyət göstərən QHT-lərin işinə böyük dəstək verir. Bu gün müzakirə olunan məsələlərlə bağlı bir sıra tövsiyələri dinləmək imkanımız oldu. Qloballaşma, iqtisadi böhran, COVID19 və iqlim dəyişikliyinin yaratdığı problemlər bütün dünya ölkələrinə öz təsirini göstərib. Hesab edirəm ki, bu müzakirələr bizə yoxsulluqdan əziyyət çəkən icmalara dəstək yollarını tapmaqda kömək edəcək".