Bu gün UEFA Gənclər Liqasının finalı matçı keçiriləcək.
Apasport.az xəbər verir ki, həlledici görüşdə “Trabzonspor”un və “Barselona”nın U-19 komandaları üz-üzə gələcək.
İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutacaq final matçı Bakı vaxtilə saat 20:00-da start götürəcək.
Qarşılaşmanı italiyalı referi Andrea Kolombo idarə edəcək.
“Trabzonspor” qələbə qazansa, UEFA Gənclər Liqasında tarix yazacaq və bu titulu qazanan ilk türk klubu olacaq.
Qeyd edək ki, "Trabzonspor" - "Barselona" matçı "TRT Spor" kanalında canlı yayımlanacaq.
Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
Fransa çempionu olan klub Liqa-2-yə yuvarlanıb
Hakimə hücum edən futbolçu 12 oyunluq cəza ala bilər
"Barsa" rekordunu yenilədi - 32!
Flik Qvardiolanın uğurunu təkrarlayıb