Nigeriyanın neftlə zəngin Rivers əyalətində qaçaqmal neftin saxlanıldığı evdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb.Milli mətbuatda yer alan xəbərlərə görə, Rivers ştatının Omoku bölgəsində qaçaqmalçılıq yolu ilə gətirilən neftin emal edildiyi və saxlandığı evdə partlayış baş verib.Partlayışda 5 nəfər yanaraq ölüb, çoxlu sayda insan yaralanıb.Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyada zaman-zaman neft oğurluğu hadisələri baş verir. Ölkədə neft oğurluğunun artması ölkə iqtisadiyyatına ciddi ziyan vurur.Hökumət ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox itkiyə məruz qalacağını açıqlamışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta