BAKI, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə immiqrasiya məsələsinin dünya gündəmini ciddi şəkildə zəbt etməsi və Türkiyədə olan miqrantlar barədə açıqlama verib.
TurkicWorld xəbər verir ki, Ərdoğan çıxışı zamanı miqrant probleminin əsas səbəbinin müharibə, qeyri-sabitlik, terror və iqlim dəyişikliyi səbəbilə insanlarin vətənlərini tərk etməyə məcbur qaldıqları olduğunu bildirib.
Dünyada 281 milyondan çox miqrantın və 165 milyondan çox işçi miqrantın olduğunu qeyd edən prezident, hər gün yeni faciələrin baş verdiyini, xüsusilə Ege və Aralıq dənizindəki ölüm hadisələrinə xüsusi diqqət çəkib. O, Anadolunun tarix boyu mühacirlərin məskəni olduğunu vurğulayıb və Türkiyənin bu insanlara yardım etməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, hazırda Türkiyədə ümumilikdə 4 milyon 33 min mühacir yaşamaqdadır, bunlardan 2 milyon 768 mini müvəqqəti qoruma statusu altında olan suriyalı miqrantlardır.