“Çıxarışı olmayan bina icarəyə verilir. Bu qanunsuzdur. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestrində olmayan sahəni icarəyə vermək olmaz. Çıxarış yoxdursa, deməli, binanı hələ də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi qəbul etməyib”.
Bunu "Yeni Sabah"a hüquqşünas Əkrəm Həsənov bildirib.
O bildirib, Ali Məhkəmənin Kommersiya Kollegiyası çox mühüm qərar qəbul etmək ərəfəsindədir:
“Qərar təxminən may, yaxud iyun ayında çıxarılaca. Çünki Ali Məhkəmənin işlərə nə vaxt baxıb, nə vaxt qərar verdiyi dəqiq bilinmir. Amma hər bir halda qərar elan olunması təxminən 2 ay vaxt çəkəcək.
Söhbət ondan gedir ki, çıxarışı olmayan bina icarəyə verilir. Bu qanunsuzdur. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestrində olmayan sahəni icarəyə vermək olmaz. Çıxarış yoxdursa, deməli, binanı hələ də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi qəbul etməyib.
Son zamanlar bu məsələyə daha ciddi yanaşılır. İcarə müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Amma vəkili olduğum bir şəxs icarə müqaviləsi bağlasa da, problemlə üzləşib. Çıxarışa görə. İcarəyə verən tərəf icarədarı məhkəməyə verib, halbuki onların real olaraq icarə münasibətləri yoxdur. Yəni müvəkkilim çıxarış tələ edib, amma ona çıxarış təqdim olunmayıb. Apelliyasiya Məhkəməsi də iddianı tam təmin edib”.
Əkrəm Həsənovun fikrincə, Ali Məhkəmə Apelliyasiya Məhkəməsinin qərarını təsdiq etməyəcək:
“Ona görə də gözlənti budur ki, ya Ali Məhkəmə deyəcək ki, Apelliyasiya Məhkəməsi düz iş görmür. Ya da o, Apelliyasiya Məhkəməsinin mövqeyini təsdiqləyəcək. Yəni çıxarış və müqavilənin notarial təsdiqinə ehtiyac yoxdur.
Nəzərə alaq ki, insanların çoxusu çıxarışsız evlərdə yaşayır. Mənə elə gəlir ki, Ali Məhkəmə Apelliyasiya Məhkəməsinin qərarını təsdiq etməyəcək. Əks halda, daşınmaz əmlak sahəsində tam xaos yaranacaq”.
Nazim Hacıyev
Telegram kanalımız