Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 1 yanvar 2020-ci ildən 31 dekabr2024-cü ilədək Azərbaycanda ümumi dəyəri 865 milyon ABŞ dollarındançox olan layihələrin birgə maliyyələşdirilməsində iştirak edib
Bu barədə TrendBankın son hesabatına istinadən xəbər verir.
Hesabatda vurğulanır ki, AİB-in Azərbaycanla tərəfdaşlığı birsıra təşəbbüslər çərçivəsində dayanıqlı inkişafın, iqtisadi artımınvə infrastrukturun yaxşılaşdırılmasının dəstəklənməsinəyönəlib.
Belə ki, AİB ümumi dəyəri 176,78 milyon ABŞ dolları olan 6suveren layihəni dəstəkləyib; kredit əsasında həyata keçirilən 2layihəyə 175 milyon ABŞ dolları ayırıb; 1,78 milyon ABŞ dollarıdəyərində 4 texniki yardım layihəsi həyata keçirib və 513,89 milyonABŞ dolları məbləğində 5 qeyri-suveren layihənimaliyyələşdirib.
Qeyri-suveren investisiyaların əhəmiyyətli payı – 513 milyon ABŞdollarından çox – Azərbaycanda özəl sektorun cəlb edilməsinə vədövlət-özəl tərəfdaşlıqlarının inkişafına artan diqqəti nümayişetdirir. Eyni zamanda, suveren layihələr dövlət sektorununehtiyaclarının, xüsusilə infrastruktur, nəqliyyat və enerjisahələrində, həllində mühüm rol oynamaqda davam edir.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 1999-cu ildən Azərbaycanlaəməkdaşlıq edir və ölkənin iqtisadiyyatın şaxələndirilməsi,idarəetmənin təkmilləşdirilməsi və inklüziv inkişafın təşviqisahəsindəki səylərini dəstəkləməyə davam edir.