AZ

Avropa Kanoe Assosiasiyasının prezidenti: "Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxdur"

Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxluq təşkil edir".


"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri Azərbaycan torpaqlarında olmasından məmnunluq hissi duyduğunu bildirib:

"Bu, Füzuliyə növbəti gəlişimdir. Burada iştiraş mənim üçün xüsusi önəm daşıyır. Füzulini daha yaxınsan tanımaq istəyirəm. Azərbaycanda keçiriləcək beynəlxalq reqatada iştirakçı sayının çox olması sevindirici haldır.
Azərbaycan bu təşkilatçılıqdan sonra önəmli təcrübə qazanacaq. Bütün bunların sayəsində gələcəkdə Avropa çempionatına da ev sahibliyi edə bilər. Texniki heyətimiz də həftə sonuna qədər baxış keçirmək üçün burada iştirak edəcək.
Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxluq təşkil edir".

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Seçilən
5
report.az

1Mənbələr