Bakı. Trend:
BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vətəndaşcəmiyyəti ilə sıx əməkdaşlıq edir.
Trend xəbər verirki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi VladankaAndreyeva Qlobal Cənub QHT platformasının Bakıda keçirilən“Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal CənubQHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışızamanı bildirib.
“Burada, Qlobal Cənub QHT platformasının təsis olunmasındaiştirak etmək mənim üçün böyük şərəfdir.
Biz 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqüçün BMT çərçivəsində vətəndaş cəmiyyəti və digər maraqlıtərəflərlə sıx əməkdaşlıq edirik.
Ona görə də vətəndaş cəmiyyətinin səsinin eşidilməsi vacibdirki, onların da müxtəlif tərəfdaşlarla əməkdaşlıq üçün məkanı vədanışıqlar masasının arxasında yeri olsun. Bu forum konkret olaraqbu məsələdə kömək olacaq”, - deyə o bildirib.
V.Andreyeva, eyni zamanda, DİM nail olmaq üçün həmrəyliyin vəümumi məsuliyyətin vacibiliyini qeyd edib.