Bakı. Trend:
Hazırda Qlobal Cənub QHT platforması həmişəkindən dahaaktualdır.
Trend xəbər verirki, bu haqda BMT-nin iqtisadi və sosial məsələlər departamentinin(UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang)Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdəhəmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-ləriningücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanıbildirib.
“İlk növbədə, Azərbaycan hökumətini, QHT-lərini və xalqınıbugünkü mühüm forumun keçirilməsi münasibətilə təbrik etməkistərdim. Bu forum bizim bu gün üzləşməkdə olduğumuz qlobalproblemlərlə mübarizə və birgə iş məqsədilə Qlobal Cənub QHT-lərinibir araya gətirir. Hazırda Qlobal Cənub QHT platforması, onun bütünQHT-lərinin bu məqsədə nail olmaq üçün birləşə bilməsi üçünhəmişəkindən daha aktualdır”, - deyə Vuk-Cin Çanq deyib.
O, eyni zamanda, Qlobal Cənub və Qlobal Şimal arasında xüsusiləQHT kontekstində ədalətsizlik və qeyri-bərabərliyin aradanqaldırılmasının vacibliyini vurğulayıb
"Birləşmiş Millətlər Təşkilatında QHT-lərlə əməkdaşlıq üçünakkreditasiya prosesi mövcuddur. Hazırda BMT-nin İqtisadi və SosialŞurasında (ECOSOC) 6,500 akkreditə edilmiş QHT mövcuddur, ammaonların 40 faizindən azı Qlobal Cənubdan gəlir, halbuki QlobalCənub ölkələri BMT-nin ümumi üzvlərinin təxminən 60-70 faizinitəşkil edir. Lakin, bir çox problemlər, o cümlədən, Dayanıqlıİnkişaf Məqsədləri, Qlobal Cənubdan daha fəal tədbirlər tələb edir.Buna görə də, Qlobal Cənubun səsi daha güclü çıxmalı və tədbirlərgörülməlidir. Bu mənada, bu platforma bu problemlərin müzakirəsi vəhəlli istiqamətində yaxşı bir fürsət ola bilər", - deyə Vuk CinÇanq əlavə edib.