AZ

AİB-dən Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının prioritetlərinə dair AÇIQLAMA

Bakı. Trend:

2025–2029-cu illər üzrə Azərbaycanla gələcək tərəfdaşlıqstrategiyası Asiya İnkişaf Bankının (AİB) ölkədəki fəaliyyətiniistiqamətləndirəcək.

Trend bu barədəBanka istinadən xəbər verir.

"Bank özəl sektoru yeni iş yerlərinin yaradılması,investisiyaların cəlb olunması və innovativ həllərin təklifolunması istiqamətində dəstəkləməyə davam edəcək. Bu, qeyri-dövlətsektoru üçün yeni maliyyə məhsullarını və mikro, kiçik və ortatəsərrüfat müəssisələrin, həmçinin, qeyri-ənənəvi sahibkarlarındəstəyini əhatə edəcək.

İnklüziv inkişafı təmin etmək məqsədilə AİB inkişaf etməkdə olanbölgələrdə fəaliyyət imkanlarını araşdıracaq və qadınlar və həssasqruplar üçün üstünlüklərin təmin olunmasına xüsusi diqqətyetirəcək", – deyə AİB-dən bildirilib.

AİB və Azərbaycan hökuməti həmçinin ölkəni Mərkəzi Asiya vəAvropa arasında strateji regional enerji və nəqliyyat ticarətmərkəzinə çevirmək üçün əməkdaşlıq edəcək. AİB və Azərbaycan birgəşəkildə ölkə və xalqı üçün yüksək keyfiyyətli nəticələr əldə etməyəçalışacaq.

Qeyd edək ki, 2019–2023-cü illəri əhatə edən Azərbaycanlatərəfdaşlıq strategiyası ölkənin iqtisadi artımını ləngidən birsıra məsələlərin həllinə yönəlmişdi. İlk növbədə, Azərbaycanın neftixracından asılılığını azaltmaq və iqtisadi dayanıqlığını artırmaqməqsədilə strategiya neftdən kənar özəl sektorun inkişafınındəstəklənməsi və maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasınayönəlmişdi. İkincisi, iqtisadiyyatda dövlətin rolununoptimallaşdırılması üçün AİB dövlət sektorunun səmərəliliyininartırılması, dövlət xərclərinin davamlılığının gücləndirilməsi vədövlət korporativ sektorunun inkişafı sahəsində fəaliyyətgöstərmişdi. Üçüncüsü, AİB infrastrukturun yaxşılaşdırılması vəşaxələndirilmiş iqtisadiyyatın ehtiyaclarını ödəmək üçün insankapitalının möhkəmləndirilməsinə dəstək verməyə diqqətyetirmişdi.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr