Trampın ticarət müharibəsi səbəbindən ABŞ səhmlərində itkilər yaşayan investorlar dolların daha da ucuzlaşmasına qarşı hedcinq mövqelərini artırırlar.

İndex.az xəbər verir ki, bu investorlar illərdir dolların bahalaşmasından faydalanıblar.

Belə ki, dollar alaraq əmanətlərini “S&P 500” və “Nasdaq 100” birjalarında satılan səhmlərə yatıran London, Paris və Tokiodakı investorlar həm öz birjalarını geridə qoyan bu indekslərin yüksəlişindən, həm də dolların davamlı bahalaşmasından istifadə ediblər.

Lakin bu investorlar ABŞ prezidenti Trampın qlobal ticarət müharibəsinə başlamasından sonra ciddi və sürətli itkilər yaşamağa başlayıb.

“S&P 500″də gəlirlərini avro və yen ilə hesablayan investorlar ilin əvvəlindən bu yana səhmlərinin 14%-ni itiriblər.

Həm “Morgan Stanley”, həm də “Bank of America” artıq daha çox müştərisinin dollar itkilərinə qarşı qorunmaq istədiklərini açıqlayıb.

Parisdə yerləşən “Group Richelieu”dan Aleksandr Hezez, təşkilatın fondlarında dollara qarşı hedcinq mövqelərinin icazə verilən maksimum həddə çatdığını söyləyib.

Bununla belə, “State Street” ABŞ səhmlərində xarici investorlar üçün ümumi valyuta hedcinq əmsalı 23% təşkil edir ki, bu da saxlama məlumatlarına görə 2020-ci ildə müşahidə edilən 50% səviyyəsindən xeyli aşağıdır.

“Bank of America” strateqləri hesab edir ki, investorlar pandemiyadan əvvəlki hedcinq səviyyələrinə qayıtsalar, bu, ABŞ-a aid olmayan əlavə 5 trilyon dollarlıq səhm mövqelərinin bağlanması demək ola bilər.