AFFA Region Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə qaliblər 1 matçın nəticəsinə görə müəyyənləşiblər.

Yalnız "Xankəndi" və "Marafon" asan qələbə qazanıblar. Digər görüşlərdə gərgin mübarizə gedib. Hətta 3 oyunun taleyinə penltilər seriyasında aydınlıq gəlib.

Beləliklə, bu qarşılaşmalardan sonra 1/4 finalın cütləri məlum olub. Bu raund ev-səfər oyunları prinsipi ilə keçiriləcək.

1/8 final

“Çinar Zəngilan” – “Şirvan” OİK – 1:1 (pen. 5:3)

“Xankəndi” – “Topçular” – 12:0

“Record Club” – “Bərdə” – 3:1

“Xudat City” – “Şirvan” – 2:2 (pen. 5:6)

“Marafon” – “Dirçəliş” – 6:0

“Göyəzən” – “Biləsuvar” – 2:2 (pen. 4:3)

“Ağstafa Gəncləri” – “Şirvanovka” – 1:0

“Zəfər 44” – “Naftalan” – 0:1

 

1/4 finalın cütləri:

“Göyəzən” - “Record Club”

“Şirvan” - “Marafon”

“Çinar Zəngilan” - “Xankəndi”

“Ağstafa Gəncləri” - “Naftalan”