“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 29-da İtaliyaya səfər edəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin İtaliyadakı səfiri Əlif Çomoğlu Ülgən “Anadolu” agentliyinə müsahibəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, Ərdoğan Romada keçiriləcək dördüncü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısında iştirak edəcək.
Qeyd edək ki, Romada keçiriləcək sammitdə iki ölkə arasında diplomatik və siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq da gündəmdə olacaq.
Daşqın HəsənovMissiya.Az