Bakı. Trend:
Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif)maaşlarının məbləğləri təsdiq edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Qərarla Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülkiişçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiqedilib.
Bundan əlavə, eyni qərarla Müdafiə Nazirliyinin hərbiqulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri də təsdiqedilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası iləəlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiqtədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.