AZ

COP29 və COP30 komandaları müvafiq müştərək proqramın hazırlanması üzrə işlərə başlayıblar

Bakı. Trend:

COP29 və COP30 komandaları müvafiq müştərək proqramınhazırlanması üzrə işlərə başlayıblar.

Trend xəbərverir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrəxüsusi nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Qlobal CənubPlatformasının təsis konfransının "Local Action, Global Change:NGOs Tackling Climate in the Global South" panelində deyib.

O bildirib ki, COP29 komandasının Belemdə təqdim edəcəyi proqramiqlim maliyyəsi üzrə göstəricidə yaranmış 300 milyard dollardan 1.3trilyon dollaradək olan boşluğun doldurulması yollarındanibarətdir.

Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-əyaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHTrəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı iləQlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Butədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünyaölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaşcəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

Seçilən
2
az.trend.az

1Mənbələr