AZ

KOBİA auditor seçir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2024-cü il üzrə illik maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 56 manatdır.

İddiaçılar təkliflərini mayın 8-nə qədər KOBİA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 8-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Azəruçot" MMC olub. Şirkətə 19,55 min manat ödənilib.

Seçilən
0
report.az

1Mənbələr