Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 12,5 manatdır.
İddiaçılar təkliflərini mayın 7-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 92 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 7-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 1,7 min manat ödənilib.