Sonuncu dəfə “MKT-Araz” İmişlini elitada təmsil edib. Həmin klubun rəsmilərindən biri hazırda “Kür-Araz”ın prezidenti olan Mirheydər Səfiyev idi. Mirheydər bəylə əlaqə saxladıq, bu suallara cavab almağa çalışdıq: “İmişli”nin elitaya yüksəlməsini necə qarşıladız? Sizcə, rəqabətədavamlı komanda olacaqmı? Klub rəhbərliyi heç sizinlə hansısa məsələ ilə bağlı məsləhətləşirmi? Səfiyevin “Football-plus.az”a cavabı:
“Əlbəttə sevindirici haldı. Elitada oynamaq qürurvericidi. Komandanı və bütün kollektivi təbrik edirəm. Bundan sonra da uğurlu çıxış etmələrini və Avropa kuboklarına vəsiqə qazanmalarını arzulayıram. Uğurlu nəticələr bütün futbolumuzun inkişafına müsbət təsir göstərəm amillərdi. Belə nəticələr bol olsun”.
ƏSƏD SEYİDOV