AZ

İrandan təhdid: Cavabımız əzici olacaq

BAKI, 28 aprel. TELEQRAF

İrana qarşı hansısa avantürizm və ya qanunsuz addım əzici cavabla qarşılanacaq.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail Baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edərkən deyib.

Diplomat əlavə edib ki, danışıqlar İranın məqsədəuyğun hesab etdiyi ümumi çərçivəyə uyğun gəlməsə, ABŞ ilə razılaşma çətin olacaq.

İsrail Baş naziri Benyamin Netanyahu dünən İranın nüvə infrastrukturunun tamamilə ləğv edilməsi çağırışını təkrarlayıb.

Netanyahu bəyan edib ki, İranla yeganə yaxşı sövdələşmə Liviyanın 2003-cü ildə Qərblə bağladığı və nüvə, kimyəvi, bioloji və raket proqramlarından əl çəkdiyi razılaşmaya bənzər, bütün infrastrukturun ləğvi ilə nəticələnən anlaşma olacaq.

“ABŞ ilə sıx təmasdayıq. İran heç bir halda heç bir nüvə silahına malik olmayacaq”, - İsrail lideri vurğulayıb.

Həmçinin Netanyahu qeyd edib: “İran oxunu (Yaxın Şərqdəki proksi qüvvələrini – red.) darmadağın etdik, amma hələ çox işimiz var”.

Seçilən
6
teleqraf.com

1Mənbələr