"COP29 komandasının Belemdə təqdim edəcəyi proqram iqlim maliyyəsi üzrə göstəricidə yaranmış 300 milyard dollardan 1.3 trilyon dollaradək olan boşluğun doldurulması yollarından ibarətdir".
APA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransının "Local Action, Global Change: NGOs Tackling Climate in the Global South" panelində deyib.
O, əlavə edib ki, artıq COP29 və COP30 komandaları müvafiq müştərək proqramın hazırlanması üzrə işlərə başlayıblar:
"COP29 zamanı iqlim maliyyəsi üzrə gözləntilər 300 milyarddan çox artıq idi. Əsas müzakirə isə tərəflər arasında sazişin başlanğıc olaraq formalaşması ətrafında gedirdi. Uzun danışıqlardan sonra tərəflər iqlim maliyyəsi üçün tələb olunan rəqəmi 300 milyard dollar müəyyən etdilər. Onu da qeyd etmək istəyirəm ki, COP29 komandasının Belemdə təqdim edəcəyi proqram iqlim maliyyəsi üzrə göstəricidə yaranmış 300 milyard dollardan 1.3 trilyon dollaradək olan boşluğun doldurulması yollarından ibarətdir. Hesab edirəm ki, iqlim məsələsində ümumi qənaətə gəlmək üçün bütün ölkələr səfərbər olmalıdır. Dünyada baş verən fəlakətlərin baş vermə tezliyi artır. Belə bir məqamda biz daha da səfərbər olmalıyıq. Artıq COP29 və COP30 tərəfləri müvafiq birgə proqramın hazırlanması üzrə işlərə başlayıblar".