"Hər birimiz dəyişkən dünyada xüsusilə Qlobal Cənub üçün ədalətin vacib olduğunu dərk edirik".
APA -nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransının "Local Action, Global Change: NGOs Tackling Climate in the Global South" panelində PanAfrika İqlim Ədaləti Alyansının Proqram rəhbəri Çarlz Peter Mvangi Nyambura deyib.
O eyni zamanda, Qlobal Cənub üçün ədalətin vacib olduğunu, problemlərin məhz ədalət prinsipi təmin edildikdə həllinin mümkünlüyünü dilə gətirib:
"Qlobal Cənub strateji platforma olaraq qlobal maliyyələşmə, eləcə də iqlim layihələri, xüsusilə Paris İqlim Razılaşması üçün önəmlidir. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq ədalətli cəmiyyətin formalaşmasında rolumuz böyükdür. Bizim hər birimizi Qlobal Cənub üçün ədalətin vacib olduğunu dərk edirik. Azərbaycan Respublikası bizim bir araya gələrək, hər birimizi narahat edən problemləri müzakirə etməyimizdə mühüm rol oynayıb. Azərbaycanın müxtəlif tərəfləri bir araya gətirərək, xüsusilə COVID-19 peyvəndlərinin əlçatanlığının təminatında rolu mühümdür".