Bakı. Trend:
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraqpaytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürəthəddi 20 km/saat endirilib.
Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzindən məllumat verilib.
Bildirilib ki, eyni zamanda Mərkəzin əməkdaşları tərəfindənbütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyulub.
"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahişedilir", - məlumatda qeyd edilib.